Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

... - Kistadan nə ilə fərqlənir?Mioma sonsuzluq yaradırmı

  • 2017.11.15 16:29
  • 35572 Baxış
... - Kistadan nə ilə fərqlənir? Mioma sonsuzluq yaradırmı
Onkoginekoloq və mamoloq Cəlil Bağırov

 

Miomalar qadın cinsiyyət üzvlərinin ən çox yayılmış şiş xəstəliklərindən biridir. Hər dörd qadından birində rast gəlinir. 30-40 yaşlarında görülən miomalar menopuzadan sonra kiçilir. 40 yaşdan yuxarı qadınların yüzdə 40-da mioma var və bu qadınların 75 faizi bundan xəbərsizdir.

 

Medicina.az ailə həkimin qadınlarda miomalar haqda məqaləsini təqdim edir.

 

Mioma niyə yaranır?

 

Miomaların yaranmasının əsas səbəbi bilinməsə də, qadınlıq hormonu olan esterogenin miomaların böyüməsinə yol açdığı deyilir. Hamiləlik zamanı artan esterogen sayəsində bu miomalar daha da böyüyür. Menopuza zamanı isə esterogen səviyyəsi azalır və mioma kiçilir. Ailə üzvlərində, anasında, bacısında mioma olan qadınlarda miomanın yaranma ehtimalı yüksəkdir.

 

Hansı sürətlə böyüyür?

 

Hamiləlik zamanı və esterogen tərkibli dərman qəbul edəndə daha sürətlə böyüyür.

Ad nəzarət həblər qəbul edənlərlə qəbul etməyənlər arasında miomanın yaranma sıxlığında fərq görülməyib.

 

Miomaların tipləri hansılardır?

 

Uşaqlıqda olan miomalara uşaqlıq ağzında da rast gəlinir.

 

Subseryoz miomalar: Uşaqlığın xarici təbəqəsində yerləşir.


İntramural miomalar: Uşaqlığın orta təbəqəsində yerləşir.

 

Submüköz miomalar: Uşaqlığın daxili təbəqəsində yerləşən miomalar.


Saplı miomalar: Uşaqlığın xaricinə doğru böyüyən miomalar.


Parazitar miomalar: Qarın içində uşaqlığın xaricində yerləşən miomalar.

 

Əlamətləri nədir?

 

Bir çox mioma özünü heç büruzə verməz. Miomaların səbəb olduğu ağrılar böyüklüyü, yerləşməsi və sayına görə dəyişir. Qasıq, qarın ağrısı, qasıq və qarında dolğunluq, təzyiq hissi, cinsi yaxınlıq zamanı ağrı, çox və uzun davam edən menstruasiya qanaması və ara qanamalar əlamətləri sayılır. Miomaların uşaqlıq daxilinə təzyiq etməsi nəticəsində bu anormal qanamalar görülür. Tez-tez sidiyə getmə ehtiyac olur. Uşaqlığın alt təbəqəsində olan mioma bağırsaq və sektuma zərər verə bilər. Nəticədə qəbizlik, babasil yaranır.

 

Miomalar sonsuzluğa yol açarmı?

 

Uşaqlıq daxilində olan miomalar sonsuzluğa yol aça bilər. Yumurta kanallarına təsir edərək spermanın yumurtaya çatmasının, döllənmənin qarşısını alır. Mioması olan qadınlarda hamilələyin pozulması, düşmə ehtimalı yüzdə 40 faiz yüksək olur. Miomalar böyüyərək dölün böyüməsini əngəlləyir. Əməliyyatla miomalar çıxarılandan sonra qadınların yüzdə 80 faizi sağlam uşaq sahibi ola bilirlər.

 

Miomaların diaqnozu üçün ginekoloji müayinə lazımdır. Bütün miomaların əməliyyatla çıxarılmasına ehtiyac yoxdur. Ağrı, təzyiq hissi, nizamsız, çox anormal qanamalar olmayan xəstələrdə mioma ölçüləri müntəzəm nəzarətlə izlənilir.

 

Mioma ilə kista arasındakı fərq nədir?

 

Mioma uşaqlıq daxilində, ya xaricində yaranan əzələ hüceyrələrinin bir araya gəldiyi qatı şişlərdir. Kista isə yumurtalığın içində su dolu kisələrdir və hər ikisi də xoş xassəlidir.

 

... - Kistadan nə ilə fərqlənir? Mioma sonsuzluq yaradırmı