Son vaxtlar miokard infarktdan ölüm halları artıb.
Bu gün səhər saatlarında tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli də infarktdan dünyasını dəyişib.
Bəs miokard infarktın simptomları nədir? Ondan necə qorunmalıyıq?
Miokard infarkt əsas ürək arteriyası ilə qan dövranının dayanması nəticəsində ürək əzələlərinin bir hissəsinin ölümü ilə şərtlənən ciddi, həyati təhlükəli xəstəlikdir. İnfarktın birbaşa səbəbi ürək damarlarında qan laxtalarının (tromb) yaranmasına səbəb olan aterosklerotik lövhələrin meydana gəlməsidir. Simptomlar və zəruri yardım haqqında məlumatlı olmaq miokard infarktı zamanı insan həyatını xilas edə bilər.
Rusiyanın V.Almazov adına Milli Tibbi Araşdırmalar Mərkəzinin kəskin koronar sindrom elmi-tədqiqat laboratoriyasının rəhbəri, tibb elmləri doktoru Aleksey Yakovlevin fikrincə, miokard infarktın tipik təzahürü stenokardiya tutmalarıdır - qısamüddətli diskomfort epizodları, sinədə, bəzən isə boğaz nayihəsi və ya qarının yuxarı hissəsində ağrı və ya yandırıcı ağrı (göynəmə).
Bü təzahürlər adətən, yüksək fiziki gərginlik, psixo-emosional stressin yüksəlməsi zamanı ürək əzələsinin oksigenə daha çox ehtiyacı olduqda ortaya çıxır. Fiziki gərginlikdən sonra ağrının tez keçməsi daha çox xarakterikdir.
Stenokardiya ağrılarının başlaması tez-tez miokard infarktın inkişafına səbəb olur. Bu vəziyyət təcili tibbi yardıma müraciət etməyi tələb edir. Belə ki, vaxtında aparılan müalicə bu ağır xəstəliyin inkişafının qarşısını alır.
Əsas simptomları hansılardır?
Miokard infarktın simptomları intensiv, uzunmüddətli stenokardiya ağrılarına bənzəyir. Bu özünü müxtəlif intensivlikli sinə ağrılarının inkişafında göstərir. Bu ağrılar sol çiyin, qol, boyuna yayılır, bəzən isə yalnız döş qəfəsi və boğaz nayihəsində yandırıcı ağrı(göynəmə), ağırlıq, narahatlıq hissi ilə özünü biruzə verir. Ağrı zəiflik hissi, hava çatışmazlığı, soyuq tər, bəzən isə huşunu itirmə ilə müşayiət olunur.
Bu cür simptomlar meydana çıxılmaz pasiyentin özünün poliklinika və ya xəstəxanaya getməsi yolverilməzdir. Çünki xəstəliyin ilk saatlarında ağırlaşma riski olduqca yüksəkdir və təcili şəkildə həkim müdaxiləsi tələb edir. Bu zaman əlinin altında lazımi avadanlıq və dərmanlar olan mütəxəssis xəstənin köməyinə nə qədər tez gələrsə, xəstəliyin mənfi nəticələri bir o qədər az olar.
Təcili yardımın gəlməmişdən əvvəl xəstəyə necə kömək etmək olar?
Miokard infarkt şübhəsi halında ilk yardım kimi 300-500 mq dozada aspirin qəbul edilməlidir. Tez effekt əldə olunması üçün həb çeynənməlidir. Bu, ürək arteriyalarında qan laxtalanmasının meydana gəlməsinə mane olur. Ağrını aradan qaldırmaq üçün nitroqlitserin, nitrosorbit və ya nitrosprey həblərini dilin altına qoymaq lazımdır. Xatırladaq ki, nitropreparartlar qan təzyiqinin kəskin düşməsi və huşunu itirməyə səbəb ola bilər. Ona görə də arterial təzyiq 90/60 mm-dən aşağı olduqda onları qəbul etmək olmaz.
Miokard infarktı necə müalicə etmək olar?
Xəstəliyin erkən mərhələlərində təsirlənmiş arteriyada qan axınını bərpa etmək lazımdır. Bu vəziyyətdə ən təsirli müdaxilə rentgenendovaskulyar stent ilə angioplastika müdaxiləsidir.
Miokard infarktın dərman müalicəsi xəstəliyin patogenezinin müxtəlif əlaqələrinə təsir edən və ciddi fəsadların qarşısını alan müxtəlif qrup dərmanlarından müntəzəm və uzun müddət istifadəni nəzərdə tutur. Müasir tibbin nailiyyətləri, vaxtında müraciət etdikdə və tövsiyələri olduğu kimi yerinə yetirdikdə infarktın müalicəsində yaxşı nəticələr əldə etməyə imkan verir. Pasiyentlərə sağlam həyat tərzi sürmək, bitki qidalarına üstünlük verməklə dieta, heyvan mənşəli yağları məhdudlaşdırmaq, müntəzəm fiziki aktivlik və siqaret çətməkdən imtina tövsiyə olunur.
Günay