Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Minlərlə xəstəni koronavirusdan sağaldan rumin həkimin – MÜALİCƏ SXEMİ

  • 2021.04.20 18:51
  • 9991 Baxış
Minlərlə xəstəni koronavirusdan sağaldan rumin həkimin  – MÜALİCƏ SXEMİ


Rumıniyalı həkim pulmonoloq Flaviya Qroçan özünün korinavirus müalicəsi sxemini hazırlayıb. O, dünyada tətbiq edilən bəzi dərman və müalicələrin effektsiz olduğunu deyir. Bu günə kimi öz metodu ilə 1000dən çox xəstəni sağaldan həkim koronavirus xəstələrinə verilən antiotiklərin təsirindən danışıb.

Medicina.az xəbər verir ki, Qroçan makrolid antibiotik qrupunun yüngül və orta gedişli koronavirusda effektiv olduğunu bildirib.

Halbuki heç bir müalicə protokoluna bu antibiotiklər daxil edilməyib.

Məhz bu antibiotiklərin virus əleyhinə təsiri tibb tərəfindən rəsmən təsdiqlənib.

Pandemiya boyu doktor Qroçan pasiyentlərini bu antibiotiklə müalicə edib və heç bir xəstəsi vəfat etməyib.
Şəhər müalicə komissiyası onun müalicə sxemi və nəticələrini təhlil edərək, həkimin metodikasına icazə verib.

“Çox ölkələrdə tətbiq olunan antibiotiklər virusu sağaltmır, onlar bakterial infeksiyalar üçündür.Covid xəstələrində bakterial infeksiya çox xəstələrdə olmur, o daha çox ağır və reanimasion xəstələrdə sonradan inkişaf edir. Amma bu qrup antibiotik məhz virus infeksiyalarında təsirlidir”.

Flaviya Qroçan xəstələrdə oksigen terapiyanın tətbiqini də pisləyib, xəstələrin süni tənəffüs aparatlarına qoşulması isə beyini şişirdir və xəstənin ölümünə səbəb ola bilər.

Həkim makrolid antibiotikini xəstəliyin ilk simptomlarından xəstələrə yazır, hətta 37 dərəcə hərarət olsa belə.
Pulmonoloq 10 ildən çoxdur bu qrup antibiotiki ağciyərlərin virus xəstəliklərində istifadə etdiyini deyib.