Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Doğum evinin Yenidoğulmuşlar bölməsinin uzun illər müdiri vəzifəsində çalışmış Zəranə Məmmədova dünyasını dəyişib.
"Medicina" xəbər verir ki, həkim 70 yaşında vəfat edib.
1990-cı ildən Mingəçevir ŞMX-nın Doğum evinin Yenidoğulmuşlar bölməsinin müdiri vəzifəsini icra etmişdi. 2018-ci ildə yaşla əlaqədar təqaüdə çıxmışdı.
Allah rəhmət eləsin!