Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mingəçevirdə 24 yaşlı qadın sirkə turşusundan zəhərləndi

  • 2025.03.30 09:05
  • 260 Baxış
Mingəçevirdə 24 yaşlı qadın sirkə turşusundan  zəhərləndi

Mingəçevirdə iki uşaq anası sirkə turşusundan zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə 5 saylı Dəmir Beton Məmulatları Zavodunda- keçmiş məcburi köçkünlərin bir hissəsinin müvəqqəti məskunlaşdığı yaşayış obyektində baş verib. Belə ki, 2001-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Quliyeva Zərnişan Rizvan qızı ehtiyatsızlıq nəticəsində sirkə turşusu içərək zəhərlənib və dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.