Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mingəçevirdə 16 nəfər zəhərlənib

  • 2022.04.04 14:33
  • 1469 Baxış
Mingəçevirdə 16 nəfər zəhərlənib

Mingəçevirdə 16 nəfərin dəm qazından zəhərlənməsi faktı qeydə alınıb.

Zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

TƏBİB-dən verilən məlumata görə, digər 2 nəfərin isə vəziyyəti stabildir.

Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.