Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirib.
"Medicina" xəbər verir ki, körpələrdən 2-si oğlan 1- i qızdır.
Bərdə rayon Uğurbəyli kənd sakini, Səmayə Qafarovanın dünyaya gətirdiyi uşaqlar onun 2-ci hamiləliyindən doğulanlardır. Qadının Rüqəyya adı verdikləri ilk övladı 8 il öncə dünyaya göz açıb. Ondan sonra Bərdə sakininin övladı olmayıb. . Yeni doğulan uşaqlara Həsən, Hüseyn, Zeynəb adı verdiklərini bildirib.
Mingəçevir şəhər Xəstəxanasının doğum şöbəsində, 8 il sonra 2-ci hamiləlikdən üçəm dünyaya gətirən ana və uşaqların vəziyyətləri normaldır. Yeni doğulan körpələrin çəkisi müvafiq olaraq 2 kiloqram 600, 2 kiloqram 900 və 2 kiloqram 300 qramdır.
Xəstəxanadan verilən məlumata görə, son 10 ildə Mingəçevir Xəstəxanasının doğum şöbəsində ilk dəfə olaraq üçəm doğulub.