Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mingəçevir su anbarında 2 nəfər batıb

  • 2025.02.20 09:42
  • 249 Baxış
Mingəçevir su anbarında 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Medicina.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşlar - 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlu və 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.