Mineral suya sirkə əlavə etmək möcüzəvi nəticələr verə bilər.
Medicina.az xəbər verir ki, Osmanlı dövründən bəri müalicə məqsədilə içilən mineral su-sirkə qarışığı bədəni başdan ayağa təmizləyir.
Qədim dövrlərdən bəri şəfa mənbəyi hesab olunan bu qarışımın bir çox dərdin dərmanı olduğu bildirilir.
Mineral suda olan minerallar və sirkənin faydaları birləşdirildikdə orqanizmdə inanılmaz dəyişikliklər baş verir. Mineral su həzmi asanlaşdırır. Tərkibindəki bikarbonat mədə turşusunu neytrallaşdıra və mədə yanması kimi problemləri aradan qaldıra bilər.
Sirkə, xüsusən də alma sirkəsi həzmi təşviq edən probiyotikləri ehtiva edir, buna görə də həzmi dəstəkləyir.
Mineral su və sirkə qarışığı bədəndən toksinləri çıxarır. Tərkibindəki minerallar hüceyrə funksiyalarını dəstəkləyir.
Bütün bu faydalardan yararlanmaq üçün 1 şüşə mineral suya 2 qaşıq sirkə əlavə edib həftədə 1-2 dəfə içə bilərsiniz.
Aysel