Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Mineral suları stəkana süzüb İÇMƏYİN

  • 2017.12.14 14:02
  • 33896 Baxış
Mineral suları stəkana süzüb  İÇMƏYİN
Mineral sular insan səhhəti üçün olduqca faydalıdır. 


Medicina.az xəbər verir ki, bu suyun tərkibindəki maqnezium ürək damar xəstəliklərindən, karbohidrat mədə xəstəliklərindən qoruyur, sulfat bağırsaqların fəaliyyətinə yardımçı olur. Toxluq hissi verir. Pəhriz saxlayanlar üçün isə ideal seçimdir. 


Belə sulardan çox istifadə edən uşaqların boyu daha uzun olur, dişləri və sümükləri daha sağlam qalır. Bununla yanaşı dərinizi qoruyaraq canlandırır. 

Ancaq stəkana töküldüyü zaman bütün vitaminlərini itirir. Mütəxəssislər mineral suların stəkanlarda deyil, öz şüşə qabında içilməsinin faydalı olduğunu bildirirlər.


Şüşənin qapağı açıldığı zaman suda qabarcıqlar çox yaranmır, ancaq hansısa stəkana süzüldüyündə çoxlu qabarcıqlar yaranaraq köpük halına gəlir. Bu isə mineral sudakı qazın (Co2) çıxması deməkdir.


Mütəxəssislər bunun səbəbini isə stəkanların kifayət qədər steril olmaması ilə əlaqələndiriblər.

 

Mineral suları stəkana süzüb  İÇMƏYİN
Mineral suları stəkana süzüb  İÇMƏYİN