Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xaşın cana 15 faydası - Düzgün yeyilmə qadydası

  • 2019.11.06 16:25
  • 71583 Baxış
Xaşın cana 15 faydası  - Düzgün yeyilmə qadydası

Xaş Orta Şərq və Cənubi Qafqaz mətbəxinin ən çox sevilən
yeməklərindən biridir. Xaşa dünyanın müxtəlif ölkələrində fərqli adlar verilib. Xaşın hazırlanma prosesi xeyli vaxt və zəhmət tələb edir.


 



Medicina.az xəbər verir ki, türkiyəli doktor Canan
Karatay xaşın hətta uşaqlara və xərçəng xəstələrinə də faydalı olduğunu
bildirib.



Onun sözlərinə görə,
yağı və kalorisi olduqca yüksək olan xaş ilk növbədə insan orqanizminə bol
enerji verir:


 



"Xaş uşaqlar üçün də faydalıdır. Onun tərkibindəki
maddələr inkişaf mərhələsində olan uşaqlar üçün faydalıdır. Xərçəng
xəstələrinin müalicədən müsbət nəticə əldə etmələrində xaşın müsbət təsiri var.
Xərçəng xəstəliyi ilə mübarizədə hədsiz faydalı olan kollagen adlı maddə xaşın
tərkibində boldur. Çünki bu maddə əsasən sümük suyunda, xaşda və toyuq
şorbasında olur. Bu səbəbdən xərçəng xəstələri üçün xaş olduqca faydalı bir
yeməkdir".



Bundan əlavə xalq arasında belə bir fikir var
ki, bir insanın qolu sınanda və ya çıxanda ona xaş yemək məsləhət görülür.
Araşdırmalarımız göstərir ki, bu, həqiqətən də belədir. Sümüklərin
güclənməsində xaşın faydalı olduğu qənaətinə gəlmək olar. Canan Karatay kökəlmək arzusunda olanlara da xaş yeməyi məsləhət
görür:



"Amma kimlər ki, kökəlmək istəmir onların xaş yeyəndən sonra piyada
gəzmələri, yaxud fiziki işlə məşğul olmaları vacibdir".



C. Karatay deyir ki, xaş soyuqvurmadan
əziyyət çəkənlərin müalicəsinə də müsbət təsir göstərir:


"Xaşı bir növ
vitamin deposu hesab etmək olar. Tərkibindəki maddələr, vitaminlər
soyuqvurmadan sürətli şəkildə xilas olmağa imkan verir".



Doktorun sözlərinə görə, xaş sümükləri
gücləndirməklə, inkişaf etdirməklə yanaşı, sümük ağrılarını da azaldır.Xaşın yanında limon, sarımsaq, turp
kimi tərəvəzlərdən istifadə xolestrolu və təzyiqi nizamlayır. Kalsium,
maqnezium və fosfor çatışmazlığından qaynaqlanan problem yaşayanlar üçün xaş
idealdır.


Qan azlığından əziyyət çəkənlər tez-tez xaş
yeməklə bu problemi tədricən aradan qaldırmış olarlar. Davamlı olaraq xaş yeyən
insanların üz dərisi də sağlamlaşır, qüsursuz görünür. Xaş Omega-3 baxımından
da olduqca zəngindir. Xaş qış aylarında artan xəstəliklərə qarşı qalxan rolunu
oynayır.



 


Bundan əlavə xaşın orqanizmə aşağıdakı faydaları da
var:


 



-Xaş orqanizmə güc verir, orqanizmi
möhkəmləndirir, zəifliyi aradan qaldırır.



 


-Xaş beyin üçün ən faydalı yeməklərdən
biridir. Onun tərkibində B qrupu vitaminləri, qlisin və polidoymamış yağlı
turşular var. Bu maddələr beyinin sağlamlığını və normal fəaliyyəti üçün
olduqca vacibdir.



 


-Xaşın tərkibində olan qlisin aminturşusu stresi
və gərginliyi azaldır, sakitləşdirir, yuxunu tənzimləyir.




 


-B qrupu vitaminləri ilə zəngin olan xaşın
qanazlığından əziyyət çəkənlərə də faydası var.



 


-Xaşın tərkibində olan kollagen dərini,
birləşdirici toxumaları, bağ və oynaqları sağlam və cavan edir.



 


-Oynaq problemləri, osteoxondroz kimi
pozulmaları olan insanlar mütləq xaş yeməlidir. Xaş oynaqların və fəqərə arası
diklərin dağılmasını ləngidir.


 



 


-Xaşın tərkibində olan lizin aminturşusu
kalsiumun mənimsənilməsini yaxşılaşdırır, immuniteti möhkəmləndirir, damarları
genişləndirir.



 


-Xaş saçları daha sağlam edir, onların
uzanmasını sürətləndirir.



 


Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq
xaş kifəyət qədər "ağır" yemək olduğunda onu tez-tez və çox yemək
tövsiyə edimir.


 

Xaşın cana 15 faydası  - Düzgün yeyilmə qadydası
Xaşın cana 15 faydası  - Düzgün yeyilmə qadydası