Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Milyonlarla insanı öldürə bilər - Fıstıqla bağlı xəbərdarlıq

  • 2024.04.17 20:00
  • 777 Baxış
Milyonlarla insanı öldürə bilər -  Fıstıqla bağlı xəbərdarlıq
Bir çox insan üçün əla qəlyanaltı olan fıstıq əslində olduqca təhlükəli qidadır.

Medicina.az xəbər verir ki, “Food Allergy Research and Education”a görə, təkcə ABŞ-da 6 milyondan çox insanın fıstığa qarşı allergiyası var.

Allergiyadan əziyyət çəkənlərin 1,6 milyonu uşaq və gənclərdir.

Kaliforniyada allerqoloq və immunoloq kimi çalışan Dr. Rani Maskatia bildirib ki, fıstıq allergiyası ilə bağlı son vaxtlarda qeydə alınan ölüm halları istehlakçıların həyatlarını xilas edə biləcək qabaqcıl müalicələr əvəzinə fıstıqdan çəkinməyi seçdiklərini göstərir.

Maskatia qeyd edir ki, fıstıq allergiyası immunitet sistemi bu çərədə olan əsas zülallara zərərli işğalçılar kimi reaksiya verdikdə meydana gəlir:

“İmmunitet sistemi zülallarla mübarizə aparır, geniş spektrli simptomlara səbəb olur və bəzən bədənin birdən çox sisteminə (dəri, mədə-bağırsaq, tənəffüs və ya ürək-damar) təsir göstərir”.

Maskatia son vaxtlar fıstıq allergiyası hallarının artdığını bildirib:

"Bu, cəmiyyətimizdəki bir çox dəyişikliklə əlaqəli ola bilər. Ekoloji dəyişikliklərdən tutmuş nəsillər boyu yemək tərzimizdə baş verən dəyişikliklər də buna öz təsirini göstərib”.

O qeyd edib ki, məlumatlılığın artmasına baxmayaraq, fıstığa təsadüfi məruz qalma halları davam edir:

“Müəyyən bir qida fıstıq ehtiva etməsə belə, çarpaz əlaqə (yəni, fıstıqla təsadüfən təmas) hələ də allergik reaksiyaya səbəb ola bilir”.

Həkim əlavə edir ki, fıstığa qarşı allergik reaksiya yüngül narahatlıqdan həyat üçün təhlükəli olan ağır anafilaksiyaya qədər geniş spektrli simptomlarla özünü göstərə bilər.

“Simptomlar arasında dərinin qızarması və ya şişməsi; boğazda və ya ağızda qaşınma; burnun axması; gözlərdə qızartı, gözlərin sulanması, gözlərin şişməsi; dilin və ya dodaqların şişməsi; burnun tutulması; mədə və ya qarın ağrısı; ishal; ürəkbulanma və ya qusma; nəfəs almaqda çətinlik kimi təhlükəli hallar var”, - deyə Maskatia vurğulayıb.

Onun sözlərinə görə, fıstıq alergiyası olan uşaqlar və böyüklər anafilaktik şok riski altındadır:

“Bu, anafilaksiya ilə ən çox əlaqələndirilən allergiya növüdür. Anafilaktik şok potensial həyati təhlükəsi olan ağır allergik reaksiyadır. Anafilaksiyanın simptomlarına dərinin solğun olması və ya maviyə çalması, boğazın daralması, təngnəfəslik, nəfəs almaqda çətinlik, başgicəllənmə, nəbzin həddən artıq zəifləməsi daxildir”.


Aysel