Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Milyonçuların xasiyyəti necədir? - Alimlər araşdırdı

  • 2022.04.05 18:20
  • 2531 Baxış
Milyonçuların xasiyyəti necədir?  - Alimlər araşdırdı

Milyonçu zəngin insanlar orta gəliri olanlara nisbətən daha səbrli, risklərə dözümlü, emosional açıq, ürəyiyumşaqdır.

Bakupost xəbər verir ki, Berlinin Müstəqil universitetinin tədqiqatşıları Humanities and Social Sciences Communication elmi dərgisində çap olunan məqalədə milyonçuların şəxsiyyət xarakterini təhlil edib.

Tədqiqatçılar Almaniyanın Sosial-iqtisadi model mərkəzinin 1984-cü ildən bu yana məlumat bazasını analiz ediblər.
Tədqiqat çərçivəsində iştirakçılar hər il məşğuliyyət, biznes, gəlir, sağlamlıq, həyatdan gözlədikləri, onları narahat edən məqamlar barədə hesabat veriblər.

2019-cu ildə modelə 2000 imkanlı, 1100 milyonçu daxil edilib. Onların gəliri 4 milyon avro idi.

Bu şəxslərin şəxsiyyətinin təhlili göstərib ki, milyonçular digər imkanlı və orta gəlirli insanlara nisbətən daha emosional stabil, dözümlü, səbrli, məsuliyətli və mübarizdir.

Bu xüsusiyyətlər daha çox zənginliyə öz zəhmətləri hesabına nail olanlarda daha çox cəmlənib, nəinki mirasla milyonçu olanlarda.
"Bu milyonçuların şəxsiyyət xarakteri üzrə aparılmış ilk elmi işdir. Zəngin insanlar cəmiyyətə xüsusi təsir edir, lazımi qərarlar qəbul edir,
onların şəxsi keyfiyyətlərinin böyük sosial əhəmiyyəti var. Çünki çox insanlar onlara bənzəmək istəyir" - deyə alimlər bildirib.

Əhalinin digər təbəqələri içində öz gücünə iş qurub, orta gəlir əldə edənlərdə də eyni xarakterik cizgilər olub, baxmayaraq ki, onlar milyonçu deyillər.

Bu da onu göstərir ki, şəxsiyyət amili və xarakter zəngin olub, uğur qazanmaqda vacib rol oynayır.
Bu insanlar milyonçu olmadan öncə də bu xüsusiyyətlərə sahib idilər.

Aygün Musayeva
BakuPost