Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Milyardlarla insan hərəkətsizlik səbəbilə risk altındadır – ÜST-dən XƏBƏRDARLIQ

  • 2024.06.27 16:16
  • 937 Baxış
Milyardlarla insan hərəkətsizlik səbəbilə risk altındadır –  ÜST-dən XƏBƏRDARLIQ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) milyardlarla insanın hərəkətsizlik səbəbindən risk altında olduğunu açıqlayıb.

Medicina.az xəbər verir ki, dünyada təxminən 1,8 milyard yetkin insan kifayət qədər fiziki fəaliyyət göstərmədiyi üçün xəstəlik riski altındadır.

ÜST-nin 2022-ci ilə qədər olan dövrü əhatə edən yeni hesabatına görə, 1,8 milyard insan - yəni bütün dünyadakı yetkin insanların demək olar ki, üçdə biri - kifayət qədər fiziki fəaliyyətlə məşğul olmur.

Hesabatda yetkinlərdə hərəkətsizlik nisbətinin 2010-2022-ci illər arasında 5 faiz artdığı və artımın bu şəkildə davam edəcəyi təqdirdə 2030-cu ilə qədər hərəkətsizlik səviyyəsinin 35 faizə yüksələcəyi qeyd edilib.

Hesabatda hərəkətsizliyin böyüklərdə infarkt, insult, 2-ci tip diabet, demensiya və xərçəng kimi xəstəliklərə səbəb olduğu vurğulanıb.

Hesabatda qlobal hərəkətsizlik nisbətinin qadınlarda 34 faiz olduğu halda, kişilərdə bu 29 faiz olduğu, bəzi ölkələrdə iki cins arasındakı bu fərqin 20 faizə çatdığı bildirilir.

60 yaşdan yuxarı insanların daha hərəkətsiz olduğu ifadə edilərək yaşlılar üçün fiziki fəaliyyətin vacibliyi vurğulanıb.

Fiziki hərəkətsizliyin ən yüksək nisbətinin 48 faiz ilə Asiya Sakit Okean bölgəsində müşahidə edildiyi, bunu 45 faiz ilə Cənubi Asiyanın izlədiyi qeyd edilib.

Fəaliyyətsizlik səviyyəsinin Qərb ölkələrində 28 faiz, Okeaniyada isə 14 faiz olduğu əlavə edilib.

ÜST insanların həftədə ən azı 150 dəqiqə orta səviyyədə və ya 75 dəqiqə ağır fiziki fəaliyyətlə məşğul olmasını tövsiyə edir.


Aysel