Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Milli Onkologiya Mərkəzinin qarşısındakı sıxlıqla bağlı rəsmi AÇIQLAMA - FOTO

  • 2021.04.19 11:01
  • 2313 Baxış
Milli Onkologiya Mərkəzinin qarşısındakı sıxlıqla bağlı rəsmi AÇIQLAMA -  FOTO
Sosial şəbəkələrdə Milli Onkologiya Mərkəzində çəkilən şəkil geniş müzakirələrə səbəb olub.

Medicina.az Oxu.Az-a istinadən xəbər verir ki, fotonun bu gün səhər saatlarında çəkildiyi və insanların karantin qaydalarına riayət etməsinə nəzarətin zəif olduğu qeyd edilir.


Məsələ ilə bağlı Milli Onkologiya Mərkəzi ilə əlaqə saxlanılıb.

Mərkəzin baş həkimi Azad Kərimli açıqlamasında fotonun mərkəzin həyətində çəkildiyini təsdiqləyib.

O bildirib ki, fotonun hansı tarixdə çəkildiyini demək mümkün olmasa da, bildirmək istəyirəm ki, Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşların karantin qaydalarına riayət etməsi üçün bütün zəruri şərait yaradılıb:

“Biz həkimlərin işi müayinə və müalicə prosesini aparmaqdır. Karantin rejiminə tibb işçiləri tərəfindən riayət olunmur, yoxsa mərkəzə müraciət edən vətəndaşlar tərəfindən? Hər halda fotodan görünən odur ki, söhbət müraciət edən pasiyentlər və onları müşayiət edən şəxslərdən gedir. Ümumiyyətlə bu fotonu çəkib atan şəxs nə üçün vətəndaşa yaxınlaşıb demir ki, sıra nömrəsinə müvafiq olaraq ara məsafəni saxlayın?

Bildirmək istəyirəm ki, müraciət edən bütün xəstələrə bir-bir nömrələr paylanılıb. Həmin nömrələrə müvafiq olaraq Onkologiya Mərkəzinin həyətində yerdə nömrələr qeyd olunub. Müraciət edən şəxslər həmin nömrələrin üzərində dayanmalıdır ki, ara məsafələri qorunsun. Buna tibb işçisi heç bir şey edə bilməz, mühafizə xidmətinin əməkdaşları isə dəfələrlə xahiş edirlər. İnsanlarımız da bir qədər bu qaydalara riayət etməyə çalışsa, bu cür mənzərələr olmaz.

Mərkəzin binasında isə dəhlizlərdə, oturacaqların üzərində hətta liftdə belə karantin qaydalarına müvafiq olan yazılar yapışdırılıb. Biz tərəfdən karantin qaydalarına riayət edilir. Biz özümüz də vətəndaşların yanından keçəndə deyirik ki, ara məsafəni saxlayın. Amma insanların bu cür görüntünü çəkib paylaşmaqda məqsədi nədir, anlamırıq”.