"Sağalmışam, bir-iki günə xəstəxanadan çıxacağam. Hər şey qaydasındadır".
Medicina.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında koronavirusa yoluxan Milli Məclisin sədr müavini, deputat Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, artıq müalicəsi yekunlaşıb.
"Analizin cavabını gözləyirəm, xəstəliklə vidalaşacam", - deyə vitse-spiker bildirib.