Milli Məclisdə COVID-19 infeksiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.
Medicina.az xəbər verir ki, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVID-19 testinin nəticəsi müsbət çıxıb. Onlar dərhal həkim nəzarətinə götürülüblər.
Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar.
Milli Məclisin COVID-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edirlər. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.