İranda millət vəkili koronavirusdan öldü
İranda dörd gün əvvəl koronavirusa yoluxduğu bildirilən millət vəkili Məhəmməd Əli Ramazani dünyasını dəyişib.
Qeyd edək ki, Ramazani İran-İraq müharibəsi qazisidir. İranda fevralın 21-də keçirilən parlament seçkilərində 13948 səs toplayaraq millət vəkili seçilib.