Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Millət vəkili 3-cü doza vaksin vurdurdu

  • 2021.08.09 16:18
  • 2437 Baxış
Millət vəkili 3-cü doza vaksin vurdurdu

Milli Məclisin deputatı Naqif Həmzəyev 3-cü doza vaksin vurdurub.

Deputat “Qafqazinfo”ya açıqlamasında nə üçün 3-cü doza vaksin vurdurması məsələsinə aydınlıq gətirib. Onun sözlərinə görə, könüllülük prinsipi əsasında, vətəndaşlara nümunə olaraq 3-cü doza vaksin vurdurub: “Biz də millət vəkili olaraq risk qrupuna daxilik. Çünki vətəndaşlarla daha çox ünsiyyətdə oluruq. Nəzərə alaq ki, qonşu ölkələrdə də artıq 3-cü doza vaksin vurulmasına başlanılıb. Xüsusilə “Delta” fazasından qorunmasq üçün 3- cü doza olaraq “Pfizer” vaksininin vurulması tövsiyə olunur. Bundan əvvəl isə iki doza "Sinovac" peyvəndini qəbul etmişdim”.

N. Həmzəyev 3-cü doza peyvəndini Gəncə Beynəlxalq Xəstəxanasında vurdurub.

Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə yaydığı məlumatlara əsasən, 3-cü doza vaksin (buster) 2-ci dozadan 6 ay keçdikdən sonra, yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslərə) vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə, qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul etdiyiniz 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza qəbul oluna bilər.