Alimlər milçək və ağcaqanadlarda koronavirus yoluxması riskini öyrənib.
Həşəratlar xəstə insandan sağlam insana virusu keçirə bilərmi?
Medicina.az xəbər verir ki, Moskva Dövlət Universitetinin ekologiya və hidrobiologiya kafedrasının elmi əməkdaşı Vadim Maryanskiy bu barədə məlumat verib.
“Ağcaqanadlar insanı sancaraq, onun qanını sovurur. Bundan sonra qan həşəratın mədəsinə düşüb, orda həll olur. Ona görə də bir çox viruslar, o cümlədən koronavirus ağcaqanadın mədəsində həll olmuş olacaq. Bu ağcaqanad digər insanı sancdıqda, əvvəlki qandan ona keçirmir. Ona görə də ağcaqanad koronavirusun yoluxdurucusu ola bilməz.
Elmdə çox az sayda virusun ağcaqanadın mədəsində ölməməsi məlumdur: bunlar Nil, Denqa qızdırması virusudur.
Ona görə qansovuran həşəratlardan çox da ehtiyat etmək lazım deyil. Bircə gənələr ensefalit kimi təhlükə mənbəyidir.
Amma milçəklər koronavirusu daşıya bilər. Onlar müxtəlif viruslu səthlərə, xəstə adamın ağız suyu düşən yerlərə qonur və ayaqlarında virusu bir yerdən digər yerə daşıya bilər".