Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Milçək geni Parkinson xəstəliyinin simptomlarını aradan qaldıra bilər – Yeni araşdırma

  • 2024.07.26 19:51
  • 1428 Baxış
Milçək geni Parkinson xəstəliyinin simptomlarını aradan qaldıra bilər –  Yeni araşdırma
Milçəklərdə mitoxondriyanın tənzimlənməsində mühüm rol oynayan bir gen Parkinson xəstəliyinin simptomlarını aradan qaldıra bilər.

Medicina.az xəbər verir ki, Saymon Fraser Universiteti və Texasdakı Baylor Tibb Kollecinin alimləri meyvə milçəklərində Parkinson xəstəliyinin əlamətlərini aradan qaldıra biləcək gen aşkarlayıblar.

Bu barədə “Nature Communications” jurnalında dərc olunan məqalədə deyilir.

SFU-dakı laboratoriyada Parkinson xəstəliyi olan milçəklərdə Cdk8 geninin miqdarının artırılmasının xəstəliyin əlamətlərini azaltdığını müəyyən edib.

Bu gen və onun insandakı versiyası olan CDK19 hüceyrənin “enerji stansiyaları” hesab edilən mitoxondrilərin tənzimlənməsində əsas rol oynayır.

Molekulyar biologiya və biokimya professoru Esfer Verhien qeyd edib ki, mitoxondrilərin fəaliyyətinə cavabdeh olan genlərdəki mutasiyalar çox vaxt xəstəliyin irəliləməsinə səbəb olan pozğunluqlara gətirib çıxarır.

Tədqiqat Cdk8 geninin aktivliyinin artırılmasının hüceyrələrdəki qüsurları aradan qaldırmağa və onların vəziyyətini yaxşılaşdırmağa kömək etdiyini göstərib.

Qeyd edilib ki, milçəklərlə işləmək elm adamlarına insan xəstəliklərini modelləşdirməyə və yeni müalicə üsullarını inkişaf etdirmək üçün potensial yolları müəyyən etməyə imkan verir.


Aysel