Mikroinsult çox zaman yüngül əlamətlərlə baş verir, hətta xəstə hiss etmir.
“Medicina” xəbər verir ki, nevroloq Ekaterina Demyanovskaya mikroinsultun sonrakı insultun xəbərçisi olduğunu bildirib.
“Mikroinsult beyin damarlarının kiçik zədələnməsidir və "klassik" insultdan fərqli olaraq qısa müddət ərzində öz-özünə yox olur.
Mikroinsult zamanı normal insultda olduğu kimi, qan laxtası və ya aterosklerotik pıtrıq beyni qanla təmin edən arteriyanı bloklayır. Belə bir anda bir insan səhhətində kifayət qədər kəskin bir pisləşmə hiss edə bilər, ancaq bədəni problemin öhdəsindən özbaşına gəlir və beyində geri dönməz zədələnmə baş vermir.
Belə bir mikroinsultun aktiv simptomları təxminən 30 dəqiqə davam edir, 24 saat ərzində təsirlənmiş nahiyənin qan təchizatı və nevroloji vəziyyət tam bərpa olunur.
Mikroinsultun əlamətləri:
- bədənin əzələlərini idarə etmək qabiliyyətinin itirilməsi
-insan dodaqlarının hər iki küncü ilə eyni anda gülümsəyə bilmir, hər iki gözünü eyni anda qırpmır
- hər iki əlinizi eyni anda hərəkət etdirmək mümkün olmur.
-Bundan əlavə, nitq pozğunluqları meydana gəlir, ağır zəiflik görünür, bir qol və ya ayaqda uyuşma hiss olunur. Balansın itirilməsi və yıxılması, ürəkbulanma və qusma da mümkündür.
- Buna görə çox vaxt xəstəyə zəhərlənmə diaqnozu qoyulur, ona uyğun yardım edilir.
Hətta mikroatak miqren, epilepsiya, şəkərli diabet, zəhərlənmə kimi digər xəstəliklərin əlamətlərinə bənzəyir”.
Aygün Musayeva