Qoxusu ilə əksər insanın sevdiyi mixəyin insan sağlamlığı üçün faydası danılmazdır.
Medicina.az xəbər verir ki, mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir.
Bəs mixəyin digər faydaları nədir?
Spazmları azaldır
Yaraların sağalmasını tezləşdirir
Güclü iltihab əleyhinə təsirə görə mixək orqanizmdə olan müxtəlif iltihablar zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər
Soyuq fəsillərdə bu ədviyyatın köməyi ilə siz özünüzü bir çox soyuqdəymə xəstəliklərdən qoruya bilərsiniz
Ağız qoxusu, damaq problemləri, diş ağrısı zamanı mixəyi çeynəmək yaxşıdır. Çünki o, ağız boşluğunda mikrobları öldürür, nəfəsi təravətləndirir.