Bu gün “Azərbaycan-Türkiyə İnvestisiya Forumu”nda iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov diqqət çəkib.
Medicina.az Bakupost-a istinadla xəbər verir ki, forumda iştirak edən nazirin qolunun bandajda olduğu görünüb.
Görünür, nazrin qolu ya qırılıb, ya da ağır zədə alıb.
Qeyd edək ki, bu gün Bakıda “Azərbaycan-Türkiyə İnvestisiya Forumu” işinə başlayıb.
Türkiyənin Ticarət naziri Ömer Bolat, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə PA-nın Maliyyə Ofisinin rəhbəri Göksel Aşanın iştirakı ilə keçirilən forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi -TÜİB-in birgə təşkilatçılığı ilə baş tutub.