Limon və sarımsaq hər biri ayrılıqda sağlamlığımıza ən faydalı qidalar kimi ilk sıralarda yer alır. Ancaq limonla sarımsaq birləşdikdə sağlığımız üçün möcüzəvi qarışıma çevrilir.
Medicina.az ailem.az-a istinadən limon-sarımsaq qarışımının möcüzəvi faydaları barədə məlumat verir.
- Limon suyunun içinə sarımsaq atıb içdikdə tıxanan damarlar açılır. Damar sərtliyi və yüksək təzyiqin qarşısını alır. Xolesterol və lipidi aşağı salır.
- Mütəmadi olaraq istifadə edilən sarımsaqlı limon suyu bədəndəki zərərli yağları yandırır və sürətli şəkildə arıqlamağa kömək edir.
- Böyrək və öd kisəsindəki daşları əridir, sidikqovucudur, bədəndəki şişkinliyi yox edir.
- Revmatizm ağrılarını kəsir.
- Limonun tərkibində yüksək miqdarda olan C vitamini və sarımsağın tərkibindəki antioksidant immuniteti mükəmməl hala gətirir.
- Dəri allergiyalarının qarşısını almaqla yanaşı xərçəng xəstəliklərinə qarşı bütün orqanlarda qalxan vəzifəsini həyata keçirir.
Necə hazırlanır?
Limonlar sıxılır. Təxminən 8 stəkana qədər suyu çıxmalıdır. Suyu balona tökün. 40 diş sarımsağın qabığını soyduqdan sonra yumadan yüngülcə əzin. Balona boşaldıb, ağzını bağlayın. 25 gün günəş düşməyən yerdə saxlayın. Hər gün şüşəni bir neçə dəfə çalxalayın. 25 gün sonra sarımsaqları limonun suyunun içində ərimiş olacaq. Qarışımı səhərlər ac qarına yarım stəkan için. Çalışın hər gün eyni saatda içəsiniz. Yarım saat sonra səhər yeməyini yeyə bilərsiniz.
QEYD: Qarışımın içinə duz, şəkər tozu atmaq olmaz!