Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meyvələrin ulduzu – Faydaları sonsuzdur

  • 2024.03.07 20:30
  • 1228 Baxış
Meyvələrin ulduzu –  Faydaları sonsuzdur
Tropik meyvələr gündən-günə populyarlaşır. Xüsusilə son illərdə bu meyvələrə artan tələbat təsadüfi deyil. Baha qiymətə satılsalar da, dadları, zəngin qida tərkibləri və faydaları ilə diqqət mərkəzindədirlər.
Tropik meyvələrin hər birində fərqli vitaminlər, minerallar və antioksidantlar olsa da, sağlamlığa müxtəlif müsbət təsirlər göstərirlər. Dadı, görünüşü və faydalı xüsusiyyətləri ilə ən çox sevilən tropik meyvələrdən biri “karambola” və ya digər adı ilə ulduz meyvəsidir.

Medicina.az ulduz meyvəsinin elə də çox bilinməyən faydalarını təqdim edir:

- Ulduz meyvəsi liflə zəngin qidadır və həzm sistemini tənzimləməyə kömək edərək qəbizliyin qarşısını alır. Həzmə kömək edən fermentləri artıraraq həzmi asanlaşdırır və həzm sisteminin daha səmərəli işləməsini təmin edir.

- Antioksidantlarla zəngin olduğu üçün bədəni zərərli sərbəst radikallardan qoruyur və hüceyrə zədələnməsinin qarşısını alır.

- Karambola C vitamini baxımından limon və portağaldan üstün olan yeganə meyvədir. Ona görə də immunitet sistemini gücləndirir, bədəndəki sərbəst radikallara qarşı qorunma təmin edir və dəri sağlamlığını dəstəkləyir.

- Bədəndə dəmirin udulmasını artırmaqda da da mühüm rol oynayır.

- Ulduz meyvəsi kalsium, fosfor və maqnezium kimi minerallarla zəngindir. Bu minerallar sümük sağlamlığını dəstəkləyir və sümük sıxlığını artırır.

- Lif tərkibi və aşağı kalorili olması sayəsində çəkisinə nəzarət etmək istəyənlərin seçimidir. Aşağı kalorili bu meyvə qəlyanaltı kimi istehlak edilə bilər. Bu zaman toxluq hissi verərək həddindən artıq yemək riskini azaldır.

- Aşağı glisemik indeksi sayəsində qan şəkərini tarazlayır, diabet riskini azaldır.

Qeyd edək ki, ulduz meyvəsini salatlara, smuzilərə və desertlərə əlavə etmək olar.

Aysel