Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meyvələrin qabığı nəyə faydalıdır? - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

  • 2018.05.03 12:30
  • 40804 Baxış
Meyvələrin qabığı nəyə faydalıdır? -  TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
Meyvə və tərəvəzlərin insan orqanizmi üçün nə qədər faydalıdırsa, qabıqları ilə birlikdə qəbul edildikdə bir o qədər də çox lazımlı olur. 


Medicina.az xəbər verir ki, bu barədə uzman diyetoloqlar məlumat verib. Onların sözlərinə görə, meyvə və tərəvəzlər qabıqlarıyla yeyildiyi zaman orqanizmə daha çox vitamin daxil olur. Həmçinin enerji itkisi bərpa edilərək xərçəng xəstəliyi riskini azaldır.


Beləliklə bir çox xəstəliklərlə mübarizə aparan qidaları təqdim edirik:


Kivi – bu meyvənin tüklü qabığı antioksidanlarla zəngindir. Anti-xərçəng, anti-iltihab və anti-allergik xüsusiyyətlərə malikdir. Qabığı özündən 3 qat daha faydalıdır. Tərkibindəki maddələr qida zəhərlənmələrinə yol açan bakteriyalarla mübarizə aparır.


Ananas – nə qədər qəribə görünsə də, sərt qabığının yeyilməsi tövsiyə edilir. Tikanlı sərt təbəqə yeyilə bilmədiyi üçün məsləhət görülmür. Lif və C vitamini ilə zəngindir. Həzm sistemində ölü toxumaları sürətli parçalayır və beləliklə mədəni qoruyur. Çəyirdəyini əzin və suyunu için. Çünki çeynəməsi çətinlik yarada bilər.


Banan -  qabığı lutein antioksidanlarla zəngindir və göz hüceyrələrini ultrabənövşəyi şüalardan qoruyur. Qabığını 10 dəq qaynadıb, soyudulmuş şəlildə içməyiniz tövsiyə edilir.


Sarımsaq – aparılan araşdırmalara görə, qabığı 6 fərqli antioksidanla zəngindir. Ürəyi qorumaq üçün əsas vasitədir.


Mandarin (Naringi) və portağalın içərisindəki bəyaz hissə yüksək pektin maddəsilə zəngindir. Xolesterini aşağı salır. Bağırsaqların fəaliyyətini tənzimləyir.

 

Şəhanə Quliyeva