Meyvələri bu qayda ilə yemədikdə orqanizm zəhərlənir

  • 2024.06.28 13:53
  • 514 Baxış
Meyvələri bu qayda ilə yemədikdə  orqanizm zəhərlənir
Müntəzəm olaraq mövsümi meyvələrdən istifadə etmək orqanizmin vitamin ehtiyacını ödəməyə kömək edir.

Sağlam qidalanma üçün meyvə istehlakı böyük əhəmiyyət kəsb edir. Bununla belə, meyvələrlə bağlı son araşdırmaların nəticələri hər kəsi təəccübləndirib.

Medicina.az xəbər verir ki, meyvə istehlak etməyin doğru zamanı olduğunu vurğulayan mütəxəssislər milyonlarla insanın bir ömür boyu meyvələri səhv istehlak edərək xəstəlik riskini artırdığını açıqlayıblar.

Meyvələrin istənilən vaxt istehlak edilməsinin sağlamlıqla bağlı ən böyük yanlışlardan biri olduğu vurğulanıb.

Meyvələrlə bağlı aparılan son araşdırmalar nəticəsində məlum olub ki, biz illərdir meyvələri səhv istehlak edərək, fərqində olmadan bədənimizi yavaş-yavaş zəhərləyirik.

Alimlər meyvələrin ancaq və ancaq acqarına istehlak edilməli olduğunu bildirirlər. Tox qarnına yeyilən meyvələr orqanizmə toksik təsir göstərir.

Bundan əlavə, meyvə yemək üçün ən yaxşı vaxt günorta və axşamdır. Meyvə heç vaxt səhər və axşam yatmazdan əvvəl istehlak edilməməlidir. Çünki bu hallarda onların tərkibindəki vitaminlərdən tam yararlanmaq olmur.

Banan, avokado və ananas kimi meyvələr qəhvə ilə birlikdə istehlak edildikdə maddələr mübadiləsini sürətləndirir.

Giləmeyvələr isə acqarına istehlak edildikdə qan hüceyrələrinin sayını artırır.


Aysel