Hər gün yediyimiz, faydalı hesab etdiyimiz meyvələr əslində hər bir insan üçün xəstəlik mənbəyi ola bilər.
Bakupost.az xəbər verir ki, meyvələrdən insan bağırsaq çöpü infeksiyasına yoluxa bilər.
Bu barədə immunoloq-allerqoloq Vladimir Bolibok ciddi açqlama verib.
"Meyvə-tərəvəz mövsümündə xəstəxanalara qarın ağrısı, bağırsaq infeksiyaları ilə müraciətlər həmişə artır. Qışda belə olmur. Bu da təsadüfi deyil. İnsanlar çirkli əllə küçədə, işdə, açıq havada daha çox meyvə-tərəvəz yeməyə başlayır.
Bağırsaq çöpləri meyvələr pis yuyulduqda keçə bilir.
Bundan əlavə, infeksiya əlləri yumadan meyvəyə əl vuranda da insana və digər adamlara keçə bilir.
Meyvə-tərəvəz təmiz yuyulmalı, onlara əl vurmadan öncə əlləri isti su sabunla yumaq lazımdır.
Əgər istər-istəməz yoluxma baş veribsə, çoxlu maye içib, qusma etməli və sorbent, qara kömür içmək lazımdır.