Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meyvə və tərəvəzlərin qida dəyərini itirir - Bunları etməyin

  • 2020.09.21 15:40
  • 2883 Baxış
Meyvə və tərəvəzlərin qida dəyərini itirir  - Bunları etməyin

Yeməkləri hazırlayarkən, bişirərkən və ya yeyərkəz bəzi səhvlər qida dəyərinin azalmasına hətta yox olmasına səbəb olur.
Bədənimizin ehtiyac duyduğu vitamin və mineralların çoxunu qidalardan, xüsusi ilə də meyvə və tərəvəzlərdən alırıq. Covid-19 pandemiyasında immuniteti gücləndirdiyi üçün C vitamini, B2 və folik asid kimi komponentlər daha da önəmlidir. Amma bu məhsulları hazırlayarkən və ya yeyərkən bəzi xətalar qida dəyərinin yox olmasına yol açır.

Medicina.az qida dəyərini qorumaq üçün nələrə diqqət etməli olduğumuzu təqdim edir:


Qabıqlarını soymaq

Bir çox vitaminlər və minerallar, meyvə və tərəvəzlərin yarpaqlarında, qapıqlarında və ya qabıqlarının altındakı hissədə olur. Bunlar vitamin və minerallarla yanaşı, lif almağımıza da kömək edir. Buna görə də meyvə və tərəvəzlərin qabıqlarını soymayın. Əgər soymaq lazımdırsa, mümkün qədər incə soyun. Məhsulları bol su ilə yuyun. Üzərini meyvə fırçaları ilə fırçalayın ki, orada dərman qalığı qalmasın.

Uzun müddət suda saxlamaq

Xüsusilə çıyələk, tut, ispanaq və dərəotu kimi incə zərli tərvəzlər və meyvələri suda çox saxlamayın. Çünki bəzi vitaminlər suda məhv olur, bu da qida dəyərini aşağı salır. Onları axan su altında yuyun.

Yaşıl yarpaqlı tərəvəzləri su ilə bişirmək

Tərəvəz yeməyinə nə qədər çox su qoyularsa, vitamin itirməsi də o qədər çox olar. Onsuzda ispanaq və çuğundur kimi yaşılyarpaqlı tərəvəzlərin su tərkibi yüksəkdir. Ona görə də yaşıl yarpaqlı tərəvəzləri suyunu saxlaya biləcək dərəcələrdə, heç su əlavə etmədən bişirməyə çalışın.

Uzun müddət bişirmək

Tərəvəzləri mümkün olduğu qədər qısa müddətdə və diriliyi qorunacaq şəkildə bişirməyə diqqət edin. Qazan qapağını qapalı olaraq bişirdikdə isə buxar itməyəcək və bişmə vaxtı qısalacaq. Buna görə də vitamin itirməsi daha az olacaq.

Qaynadılmış su tökülərsə

tərəvəz suyu tökülərsə, C vitamini, B2, folik asid kimi suda əriyən vitaminlərin böyük bir hissəsi suya keçdiyi üçün qida dəyəri itirməsi də çox olur. Əgər istəsəniz, tərəvəzlərin qaynadılmış suyunu çorbalarınıza, yeməklərinizə və souslarınıza əlavə edə bilərsiniz.

Yumurtanı uzun müddət qaynatmaq

Yumurtanı sarısı ətrafında yaşıl rəngdə dəmir kükürd halqası meydana gələcək qədər qaynatmayın. Buhalqa yumurtadakı dəmirdən faydalanmağın qarşısını alır. Normal olaraq, qaynatmaq üçün 4-7 dəqiqə kifayət edəcəkdir.

Çox incə doğramaq

Meyvə və tərəvəzləri çox incə doğrasanız vitamin və mineralları da o qədər azalır. Tərəvəzləri böyük parçalar halında və əzmədən doğrayın ki qidadəyəri itməsin..

Meyvə və tərəvəz suyunu saxlamaq

Meyvə və tərəvəz suyunu sıxdıqdan sonra için, saxlamayın. Suyu çəkilən meyvə və tərəvəzlər işıq və oksigenlə təmasları artdığı üçün vitaminləri ölür. Buna görə də meyvəni bütün olaraq yemək ən gözəl yoludur.

Tərəvəzləri qapalı torbada saxlamaq

Tərəvəzlərin nəfəs almağa ehtiyacı var. Ona görə də tərəvəzləri qoyduğunuz plastik torbalara deşik açmağınız ya da hörüktü torbalarda saxlamaq ən doğrusudur. Eyni zamanda, hamısını dar bir yerdə birlikdə saxlamaq da tərəvəzlərin tez xarab olmasına səbəb olacaq.

Aygün Nəbiyeva