Meyvə və tərəvəzlərdə olan ksantonlar diabetin ağırlaşması halları ilə mübarizə aparır.
Medicina.az xəbər verir ki, bunu Dibruqarh Universitetinin (Hindistan) alimləri müəyyən ediblər.
Məlum olub ki, ksanton adlanan bitki birləşmələri diabetin ağırlaşmaları - nefropatiya və retinopatiya ilə mübarizə aparmağa kömək edir.
Tədqiqatın nəticələri “European Journal of Medicinal Chemistry Reports”da dərc edilib.
Alimlərin tədqiqatı şəkərli diabet xəstələri üçün təbii polifenol birləşmələrinin faydalarına dair əvvəllər dərc edilmiş elmi araşdırmaların nəticələrinə əsaslanır. Onlar öz elmi araşdırmalarında güclü bitki mənşəli antioksidant olan ksantonların xassələrinin təhlilinə diqqət yetiriblər. Bunlar bir çox tərəvəz, meyvə və giləmeyvələrdə olur.
Elmi araşdırma ksantonların (mangiferin və alfa-mangostinin) oksidləşdirici stress (hüceyrə zədələnməsinin xüsusi forması) ilə əlaqəli böyrək zədələnməsinin qarşısını ala biləcəyini müəyyən edib. Xüsusilə, alfa-mangostin böyrək hüceyrələrinin streslə əlaqəli apoptozu (proqramlaşdırılmış özünü məhvetmə prosesi) azaldaraq diabetik nefropatiyadan qoruyur.
Həmçinin məlum olub ki, alfa-manqostin tor qişada oksidləşdirici stress səviyyəsini azaltmaq, diabetik retinopatiyanın inkişafı və irəliləməsinin qarşısını almaq qabiliyyətinə malikdir.
Alimlər mangostenin siçovullarda retinal neovaskulyarizasiyanın - gözün tor qişası ilə sklera arasında yerləşən damar qatında yeni anormal qan damarlarının böyüməsinin qarşısını aldığını müəyyən ediblər.
Tədqiqatçılar ksantonların insanlar üçün də faydalı olduğunu qeyd ediblər. Bu səbəbdən şəkər xəstələrinə bitkilərin gücündən maksimum yaralanmaq tövsiyə edilib.
Aysel