Alimlərin fikrincə, hətta az miqdarda meyvə-tərəvəz yemək ovqatı yüksəldir. İki həftədən sonra nəticəni müşahidə etmək mümkündür.
Medicina.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin apardığı tədqiqatda könüllülərə 14 gün ərzində iki əlavə porsiya meyvə-tərəvəz verilib.
Tədqiqatda iştirak edən 171 adam üç qrupa bölünüb. Birinci qrupdakı adamlara onların adət etdiyi yemək rasionu, ikinci qrupa meyvə-tərəvəz almaq üçün kupon, üçüncü qrupa isə bişirilməmiş meyvə-tərəvəzdən ibarət əlavə porsiya verilib. Yaxşılaşma yalnız üçüncü qrupda müşahidə edilib, çünki ikinci qrupdakı adamlar meyvəni alıb və ondan yemək hazırlamaq üçün istifadə ediblər.
Məktəblilər, tələbələr daim faydalı qidalanmalıdırlar. Həmçinin yeməkdə meyvə-tərəvəzdən istifadə etmək insanın psixi sağlamlığını sabitləşdirir, tonusu artırır, ovqatı yüksəldir.