ABŞ alimlərləri belə qənaətə gəliblər ki, şirin içkilər, eləcə də meyvə şirələri 45 yaşdan yuxarı insanlarda ölüm riskini artırır.
Medicina.az oxu.az-a istinadən xəbər verir ki, təcrübədə 30 183 nəfər iştirak edib.
Mütəxxəsislər şəkərli diabet və ürək-damar xəstəlikləri olanları xaric edib. İçkilərdə yüksək miqdarda şəkər olanlar, həmçinin sodalı su, şirə, konfetlər, şirin səhər yeməklərinin səviyyəsi ölçülüb.
Təcrübə 6 il müşahidə edilib. Könüllünün ölümü baş verdikdə isə, onun hansı səbəbdən vəfat etdiyi araşdırılıb.
Məlum olub ki, gün ərzində 1 litrdən artıq şirə içən şəxs digərlərindən daha tez ürək tutmasından vəfat edir. Tərkibində şəkər olan digər məhullar isə erkən ölüm riskini artırmayıb.