Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meyvə şirələrinin spirtli içkidən fərqi yoxdur - Professordan XƏBƏRDARLIQ

  • 2018.04.27 12:34
  • 18954 Baxış
Meyvə şirələrinin spirtli içkidən fərqi yoxdur - Professordan  XƏBƏRDARLIQ
Məşhur türkiyəli professor Canan Karatay əksər insanın gündəlik istifadə etdiyi qidalar barədə şok açıqlamalar verib. Onun sözlərinə görə, baldan uzaq durmaqda fayda var. Çünki balın tərkibində bol miqdarda fruktoza və qlükoza maddələri mövcuddur. Bu isə qaraciyərin yağlanmasına səbəb olur.

 

Medicina.az professorun digər qidalar barədə verdiyi məlumatları təqdim edir:


Çörək və şəkərin zəhərli olduğunu hər açıqlamasında dilə gətirən C.Karatay, gündəlik iki dilim buğda çörəyi yeməyin şəkərdən daha zərərli olduğunu vurğulayıb.


Yağlardan isə təbii zeytun və kərə yağına üstünlük verilməlidir.


Meyvə suyunun alkoqoldan fərqi yoxdur. Professor, C vitaminin yalnız meyvə sularında olmadığını və bunun böyük bir yalan olduğunu dilə gətirib. Meyvə suyunun spirtli içkidən heç bir fərqinin oldmadığını açıqlayaraq hər kəsi təəccübləndirib. Meyvə suyu istifadəsinin də qaraciyəri yağlandırıcı təsiri olduğunu əlavə edib.


Qaya duzunun sağlamlıq qaynağı olduğunu açıqlayan Karatay, süfrə duzundan da qətiyyətlə uzaq durmaq lazım olduğunu diqqətə çatdırıb.