“Meymunçiçəyi və “Lassa qızdırması” kimi xəstəliklərin yayılması iqlim dəyişikliyi ilə əlaqədar olaraq adi hallardan daha tez-tez baş verməyə başlayıb”.
Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan açıqlayıb.
Onun sözlərinə görə, iqlim dəyişikliyi hava şəraitinin tez-tez dəyişməsinə səbəb olur ki, bu da quraqlığa gətirib çıxarır: “Bu haldda heyvan və insanlar qida axtarışında öz davranışlarını dəyişirlər. Nəticədə heyvanlar üçün xarakterik olan xəstəliklər insanlara ötürülür. Cəmiyyətimizdə infeksiyaların yaranma ehtimalı və onların yayılma riski artır”.