Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meymunçiçəyinin ən əsas fərqləndirici əlaməti: qasıq nahiyəsində....

  • 2022.06.03 13:42
  • 5497 Baxış
Meymunçiçəyinin ən əsas fərqləndirici əlaməti: qasıq nahiyəsində....

Meymunçiçəyi çiçək qrupu xəstəliklərindənki oxşar əlamətlərə malikdir: səpkilər, qızdırma, əzələ ağrısı, baş ağrısı. Amma bir spesifik əlamət var ki, o ancaq meymunçiçəyinə xasdır.


Bakupost.az xəbər verir ki, infeksionist Fərrux Sədirov bu əlamətin limfoadenopatiya olduğunu deyib.

Həkim “Sabaha saxlamayaq” verilişində bildirib ki, boyun, üz, bədəndə limfa düyünlərinin çox şişməsi digər çiçək xəstəliklərində görülmür.
“Meymunçiçəyinə bir-iki spesifik əlamət də əlavə olunub: səpkilər qasıq nahiyəsində də görülür. Bu da yeni simptom kimi görülür.

Dünyada meymunçiçəyinə yoluxanların çoxu hemoseksuallardır, onlarda da qasıq nahiyəsində çiçək səpkiləri müşahidə olunub”.


Aygün Musayeva
BakuPost