Cənubi Afrikada 37 yaşlı kişi meymunçiçəyi xəstəliyindən ölüb.
Medicina.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının səhiyyə naziri Co Paahla keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin xəstə oxşar diaqnozla xəstəxanaya yerləşdirilən beş nəfərdən ibarət qrupun üzvü olub.
Digər 4 nəfərin vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib.
Qeyd edək ki, bu xəstəlikdən ölüm ehtimalı 10%-ə qədərdir. Ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.
Aysel