Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxmuş insanlarla yaxın təmasda olanlara bir müddət özlərini təcrid etməyi və səyahətə çıxmamağı tövsiyə edib.
Medicina.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən mətbuat konfransında çıxış edən ÜST-ün meymunçiçəyi üzrə mütəxəssisi Rosamund Levis iyulun 23-də yeni virus epidemiyasının qlobal fövqəladə vəziyyət elan edilməsi qərarını qiymətləndirib.
O, qərarın epidemiyaya qarşı daha mütəşəkkil beynəlxalq mübarizə aparmaq üçün alındığını vurğulayıb.
Levis, həmçinin virusa yoluxmuş insanların bir müddət özlərini təcrid etməli və bu səbəbdən səyahətdən çəkinmələrini məsləhət görüb. Onun sözlərinə görə, xəstələrlə yaxın təmasda olanlar 9 gün ərzində hərarətlərini nəzarətdə saxlamalıdırlar.
Təşkilatın son məlumatlarına görə, hazırda dünyanın 75 ölkəsində 16 mindən çox meymunçiçəyinə yoluxma halı qeydə alınıb.