Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meymunçiçəyi 23 ölkəyə yayılıb - ÜST

  • 2022.05.30 09:07
  • 2316 Baxış
Meymunçiçəyi 23 ölkəyə yayılıb -  ÜST
Dünyada 23 ölkədə 257 təsdiqlənmiş və 120 şübhəli meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Bildirilib ki, xəstəlik üçün endemik olmayan bir neçə ölkədə yoluxma hallarının qəfil və eyni vaxtda ortaya çıxması virusun "müəyyən müddət ərzində aşkar edilməmiş" formada mövcud ola biləcəyini göstərir.

ÜST əksər hallarda xəstəlik və endemik ərazilərə səyahət arasında heç bir əlaqə aşkar edilmədiyini diqqətə çatdırıb.


Qeyd edək ki, mayın 13-dən etibarən meymunçiçəyi xəstəliyi 23 qeyri-endemik ölkədə aşkar edilib. ÜST qeyri-endemik ərazilərdə müşahidə genişləndikcə yeni halların ortaya çıxacağını gözləyir.