Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Meymun klonlaşdırıldı – Növbə insanındır

  • 2018.02.24 16:41
  • 18346 Baxış
Meymun klonlaşdırıldı –  Növbə insanındır
Çində ilk dəfə somatik hüceyrəyə meymun nüvəsinin köçürülməsi ilə meymun klonlaşdırılması uğurla başa çatıb. 


Medicina.az xəbər verir ki, heyvanlar arasında ilk dəfə klonlaşdırılmış Dolli adlı qoç olub. Lakin meymunun klonlaşdırılması təcrübəsi artıq insanın da klonlaşdırılması təcrübəsinə yeni təkan verdi. 

 


Vatikan artıq bu eksperimentin insanlıq üçün faciə olacağı barədə etiraz notu yayıb. 


Yavana makaka meymun növü üzərində aparılan təcrübədə identik genetik surət olduğu kimi çıxarıldı. Çin neyrobioloqları laboratoriyada 3 illik çalışmaları zamanı xüsusi fermentlər qarışımı və PHK molekulu yaratmışlar ki, hansı ki, zülal qatını zədələnmədən qoruyaraq, yumurtahüceyrəni bölünməyə məcbur etmişdir. Təcrübə göstərdi ki, belə üsulla klonlaşdırma hər 3 cəhddən birində uğurlu nəticə verəcək. 


Laborarotiyada 2 makaka klonlaşıb: Çjun və Xua. Müəlliflər qeyd edir ki, meymun balaları digər normal həmcinsləri kimi qaydasında böyüyüb, inkişaf edir, heç bir fərq yoxdur.  Bu təcrübədən sonra insanın klonlaşdırılması üçün əsaslı materiallar olduğundan daha yaxşı nəticələr əldə olunacağına real zəmin yaranıb. 

 


Layihənin müəllifi deyib ki, prinsipcə, bu metodla insanı da klonlaşdıra bilərik. Amma biz bunu etməyə hazırlaşmırıq. Hələ ki, belə prlanımız yoxdur.