Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Meymun çiçəyi” haqqınında bilmədikləriniz: Tarixi, əlamələri...

  • 2021.07.25 18:36
  • 3584 Baxış
“Meymun çiçəyi” haqqınında bilmədikləriniz:  Tarixi, əlamələri...
Son günlər ABŞ-da rast gəlinən “Meymun çiçəyi” xəstəliyi çiçək xəstəliyi ilə eyni virus ailəsindəndir.


Medicina.az "Daily Mail"ə istinadən xəbər verir ki, virusun müalicəsi üçün xüsusi bir peyvəndin olmadığı bildirilir. Çiçək xəstəliyinin peyvəndi bu virusun da müalicəsində istifadə olunur. Peyvənd bu xəstəliyin qarşısının alınmasında 85 faiz rol oynayır. Xəstəliyin mənşəyi məlum deyil.

“Monkeypox” xəstəliyi qripə bənzəyir. Həmin xəstələrdə limfa vəzlərinin şişməsi müşahidə olunur, üzdə və bədəndə geniş şəkildə yayılır. Sonrakı mərhələdə qaşınma baş verir və yaralar ortaya çıxır.



Xəstəliyin müddəti, yoluxma və qorunma yolları

Virusun inkubasiyası 2-4 həftə arasında davam edir. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Xəstəliyin qarşısını almaq üçün heyvanlarla təmasda olarkən maska və digər qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Bu xəstəlikdə ölüm halları 10 faizi təşkil etsə də, ölümcül hallara da rast gəlinir.
İnsandan insana keçməsi

Xəstəlik insandan insana çirkli əşyalar, yaxın məsafədən təmas, dərinin zədələnməsi və ya yoluxmuş şəxsin ağız suyu vasitəsilə ötürülə bilər.



Xəstəliyin tarixi:

“Meymun çiçəyi” (“Monkeypox”) virusu ilk dəfə 1958-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə Dövlət Serum İnstitutu tərəfindən aşkarlanıb.

Bu xəstəliyə ilk dəfə insanlar arasında 1970-ci ildə Demokratik Konqo Respublikasında rast gəlinib. O vaxtdan sonra isə bir çox Mərkəzi və Qərbi Afrika xalqlarında aşkar edilib. Dana sonralar xəstəlik 2003-cü ildə ABŞ-da meydana gəlib. İngiltərədə isə ilk dəfə “Meymun çiçəyi” xəstəliyi 2018-ci ildə aşkar edilib.

Xəstəliyin simptomları

qızdırma,
üşütmə,
güclü baş ağrısı,
bel ağrısı,
əzələ ağrısı və yorğunluq

Qeyd edək ki, ABŞ-ın Texas ştatından olan bir şəxsin Nigeriyaya səfərindən sonra nadir xəstəlik sayılan "Meymun çiçəyi" ("Monkeypox") virusuna yoluxduğu aşkarlanıb.