Dünyada ilk dəfə tibdə Türkiyədə meyitdən uşaqlıq orqanı köçürülməsi olunan 33 yaşlı Derya Sert ana olub. Onun oğlu dünyaya gəlib.
Medicina.az xəbər verir ki, ana 15 aylıq oğlu Ömer Özkanla ilk dəfə kameralar qarşısına keçib.
Orqan nəqlini həyata keçirən professor cərrah Ömer Özkan adaşını qucağına alıb.
Dünyada 5 min qadından biri uşaqlıq orqanı nəqlini gözləyir.
Lakin cəmiyyətdə hələ də başqasından qadına rəhim nəqli yanlış qəbul olunur, dəstəklənmir. Halbuki orqan bağışlanması olarsa, gənc qadınlar bu yolla ana ola bilər.
Uşaqlıq orqanı nəqli anadangəlmə və ya sonradan uşaqlığı olmayan, götürülən, travmalı və ya hamilə qalmağa uyğun olmayan anatomik quruluşlu qadınlara həyata keçirilir.