Qaraciyər lal orqandır, dözümlüdür, öz-özünü bərpa edir, orqanizmin laboratoriyasıdır, insanı ölənə qədər qoruyur...
Amma son illər ən dözümlü orqan da dözümsüzlük göstərir. Azərbaycanda qaraciyər piylənməsi, sirroz və qaraciyər yetməzliyi olan xəstələrin sayı artır. Bu xəstəliklər yaşa baxmır. Bir qədər dözümlü və gənc xəstələri isə orqan köçürməsi xilas edə bilər.
Artıq Azərbaycanda da icbari tibbi sığorta ilə qaraciyər, böyrək köçürülməsinə başlanılıb.
BTV-də "HəkimPostu"nda bu dəfə məşhur transplantoloq, cərrah Mircəlal Kazımi qaraciyərimizin çökmə səbəbləri və xilasından danışıb.
- Qaraciyər hansı səbəblərdən sıradan çıxır?
- Hansı əlamətlərlə qaraciyərin zədələndiyini bilmək olar?
- Hepatitli qaraciyər transplantasiyaya yararlıdırmı?
- Donorları necə tapırlar?
- Qaraciyərdən pay verəndən sonra nələr baş verir?
- Meyitdən orqanlar nə vaxt alınacaq?
- Xalq təbabəti ilə qaraciyəri bərpa etmək olarmı?
- Qaraciyəri məhv edən içkilər və qidalar
- Qaraciyər xəstələri nə qədər yaşayır?
Bu və digər sizi maraqlandıran suallara cavablar burda...
Aparıcı: Günel Novruzi
Redaktor: Aygün Musayeva
Rejissor: Oruc Əlirzayev