"Donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir. Hazırda dövlət tərəfindən meyitdən orqan köçürülməsi konsepsiyası üzərində iş aparılır”.
Medicina.az apa-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi deyib.
O bildirib ki, Azərbaycanda əsasən, canlı qohum donorlarından istifadə olunur. Şöbə müdiri qeyd edib ki, Qazaxıstandan 1 nəfər, Gürcüstandan isə 9 nəfər böyrək və qaraciyər transplantasiyası üçün onlara müraciət edib.