"Gələcəkdə meyit orqanlarından istifadəyə icazə verən qanun qəbul ediləcəyinə inanıram".
Medicina.az xəbər verir ki, bu sözləri Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası bölməsinin müdiri Mircəlal Kazimi Publika.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Milli Məclisdə meyit orqanlarından istifadəyə icazə verən qanun layihəsi hazırlanır:
"Səhiyyə Nazirliyi özü də bu işdə maraqlıdır. Biz hazırda yalnız canlı donorlardan orqan transplantasiyası etdiyimiz üçün bəzən donor problemi ilə rastlaşırıq.
Bizim qaraciyər translantasiyalarımız Avropa Qaraciyər Transplantasiyası regsterinə bağlıdır. Statiska onlar tərəfindən hazırlanır. Gələcəkdə meyit orqanlardan istifadəyə icazə verilərsə bu günə qədər əldə edilən göstəricilərin sayı artacaq. Xəstələrimiz də sağlam həyata qayıtmaq üçün uzun müddət donor gözləntisində qalmayacaq".