Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Metropoliten əməkdaşı infarktdan öldü

  • 2021.12.22 11:30
  • 2028 Baxış
Metropoliten əməkdaşı infarktdan öldü
"Bakı Metropoliteni" QSC-nin Tikinti departamentinin Dəmir yolunun tikintisi və əsaslı təmir işləri üzrə dəstəsinin rəisi, 1959-cu il təvəllüdlü Babaşxan Baxışov işə gələrkən ürək tutmasından vəfat edib.

Bu barədə Medicina.az -a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, B.Baxışov 2017-ci ildən metropolitendə bu sahəyə rəhbərlik edib, yeni tipli dəmir yolunun qurulması sahəsində peşəkar mütəxəssis və rəhbər olub.

"Xüsusən yollarda ağac şpalkarın dəmir-beton bloklarla əvəz edilməsi kimi mütərəqqi layihələrin həyata keçirilməsini onun başçılıq etdiyi sahə həyata keçirir. Bu sahənin formalaşması və qurulmasında B.Baxışvun rolu və xidməti böyükdür", - deyə B.Məmmədov qeyd edib.

Allah rəhmət eləsin!