Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Metroda tibb məntəqəsi və vacib dərmanlar olmalıdır – Strateji obyektdə niyə ilkin tibbi yardım göstərilmir?

  • 2018.07.04 16:28
  • 16159 Baxış
Metroda tibb məntəqəsi və vacib dərmanlar olmalıdır –  Strateji obyektdə niyə ilkin tibbi yardım göstərilmir?

Dünən metroda yaşanan hadisə və xaosdan sonra halı pisləşən onlarla sərnişin olub. Onlara Səhiyyə Nazirliyinin həkim briqadaları və sadə vətəndaşlar ilkin yardım göstəriblər.

Yəni, ilk tibbi yardım tuneldə qalan insanlara yalnız çölə çıxdıqdan sonra təcili yardım maşınlarında göstərildi. 

Bəs metrostansiyalardakı tibb məntəqələri?

Məsələ ilə bağlı tibb üzrə ekspert, həkim kardioloq Adil Qeybulla Medicina.az-a açıqlama verib. Bildirib ki, kütləvi insan miqrasiyası olan hər bir yerdə ilkin tibbi yardım göstərmək üçün lazımi vasitələr olmalıdır:

"Orda ürək xəstəsi ola bilər, asfiksiya, epileptik tutma ola bilər. O baxımdan tibbi məntəqə və bir tibb işçisinin olması mütləqdir və qanunla təmin olunmalıdır. Necə ki, məktəblərdə, bağçalarda, universitetlərdə bu var.

Metroda, avtobusda, basabasda və fors-major hallarda nitroqliserin, valokardin, korvalol kimi dərmanlar istifadə edilsə yaxşı olar. Bu preparatları metroda həmin tibbi məntəqə təmin etməlidir, çöldə isə apteklərdən alıb xəstəyə vermək olar”.

Medicina.az sıxlıq qorxusu, panik atak, ürək problemi olan xəstələrin fors-major hallar və basabasda hansı dərmanlardan istifadə edə biləcəyini də təqdim edir.

Sıxlıq yerlərdə panik atak keçirən nevrozlu insanlar, ürək-damar problemi olanlar və yaşlı insanlar yaxşı olar ki, özləri ilə sakitləşdirici dərmanlar və təzyiq preparatları gəzdirsələr yaxşı olar.