Bu gün metroda qızımla gedirdik. Birdən qarşımda dayanan gənc xanım bayılaraq yıxıldı. Ətrafda insanlar bu halı çox təlaşla qarşıladı. Onsuz da insanların sıx olduğu yerə bir də "köməyə gəlin" deyə çağırış edirdilər. Əsas da yanımızda dayanan və paketində tantuni aparan xala.. Az qalırdım deyəm ki, elə bunu iyindən bayıldı. Əziz insanlar, mütləq qapalı məkanlarda götürdüyünüz məhsullara fikir verin. Liftdə, metroda, avtobusda necə ki siqaret çəkmək qadağandır, eləcə də qoxulu məhsullar aparmaq olmaz. Xüsusilə də hamilə xanımlar, uşaqlar kəskin qoxulara çox həssas olurlar".
"Medicina" xəbər verir ki, bu barədə pediatr Aytən İsmayılzadə metroda huşu gedən şəxsə düzgün yardımı açıqlayıb.
"Həmin adamı qaldırıb əyləşdirməyə ehtiyac yoxdur. Elə yerdə ikən bayılmış şəxsin ayaqlarını bir az qaldırmaq lazımdır. Biz isə əksinə, başını qaldırmağa çalışırıq. Belə olanda qanın beyinə çatması gecikir və huşsuzluq müddəti uzanır. Hələ "ağzını aç, dili qatlanıb yəqin" deyənlər də vardı. Əgər əllərdə, çənədə rigidlik, bərklik yoxdursa bu qıcolma deyil. Qıcolma olsa belə dili dartmaq, çənəni açmaq lazim deyil. Bir də su verməyə çalışırdılar. Bayılmış, huşu özündə olmayan necə su içə bilər? Ağzına töksəz nəfəs borusuna gedər və boğulmaya səbəb olar.
Bayılmış şəxsi uzadıb boyunda yuxu arteriyasında nəbzi yoxlayıb davam edirik. Buna imkan olmur çox vaxt, çunki bayılma saniyələr çəkir. Tədricən avazımış rəng özünə gəlməyə başlayır, adam yerdə narahat olmağa başlayır. Biləkdə nəbz daha aydın hiss olunur. Huş qayıdır... Növbəti stansiyada xanımı platformada əyləşdirdik, su verdik. Metropoliten işçisinə qatar sürücüsü tərəfindən artıq məlumat verilmişdi. O yaxınlaşdı, biz də təhvil verib ayrıldıq.
Müxtəlif səbəblərdən bayılma ola bilər, səbəbdən asllı olmayaraq ilk yardım zamanı baş aşağı, ayaqlar bir az yuxarı olmalı. Üst geyim azaldılmalı, havalıılıq təmin edilməli, ətrafda sıxlıq azaldılmalıdır. Sonra isə altda yatan səbəbi bilmək üçün həkimə müraciət etmək lazimdir. Aclıq, yorğunluq, emosional gərginlik, müxtəlif xəstəliklər də səbəb ola bilər".
Aygün Musayeva