Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Metopnevmovirusun epidemiyaya çevrilməməsi üçün – Vaksin lazımdır

  • 2025.01.15 10:31
  • 420 Baxış
Metopnevmovirusun epidemiyaya çevrilməməsi üçün  – Vaksin lazımdır

Dünyada sürətlə yayılan metapnevmovirusun epidemiyaya çevrilməməsi üçün nə lazımdır?


“Medicina” xəbər verir ki, Rusiyanın Hamalei elmi mərkəzinin direktoru Aleksandr Qinçburq Milli peyvənd bankında insan metopnevmovirusuna qarşı da vaksin yaradılmasının zəruriliyini bildirib.


“Covid 19 pandemiyası təcrübəsi göstərdi ki, yeni virus təhlükələrinə təcili, sürətli reaksiya vermək və vaksin preparatları hazırlamaq lazımdır.

Geniş miqyaslı epidemiyaların qarşısını almaq üçün əsas faktor vaksindir.


Hazırda bizim institutda HMPV virusu üzrə vaksin üzərində iş getmir. Bunun üçün dövlət tapşırığı verilməyib. Amma mən bu virusla bağlı narahatam. İnsanların coviddən sonra immuniteti zəifləyib, bu da yeni virusun patogenliyini artırır.


Virus artıq qlobal xarakter daşıyır, ona görə dövlətlər qərarları sürətli verməlidir. Xəstəxanalar dolandan sonra hərəkətə keçmək gecdir”.


Aygün Musayeva