Diabet xəstəliyi mədəaltı vəzin tükənməsi nəticəsində inkişaf edir. Çox zaman preddiabet olan xəstələrə II tip diabeti yubatmaq üçün metformin təyin olunur.
“Medicina” xəbər verir ki, professor Ança Baranova mədəaltı vəzin vaxtından əvvəl tükənməsinin əlamətlərini açıqlayıb.
“I tip diabetdə tam insulin defisiti olur. II tipdə isə insulin var, amma toxumalar ona həssaslığını itirir və sanki insulin aclığı keçirir.
I tip diabet immun sistemin mədəaltı vəzin hüceyrələrinə hücumu nəticəsində yaranır, adətən, uşaq yaşda diaqnoz olunur. Xəstələr ömürlük insulin almalıdır.
Metformin isə II tip şəkər xəstələrinə təyin olunan ilkin dərmandır. Onu yalnız həkim təyin etməlidir, özbaşına içmək təhlükəlidir.
Metformin qanda qlükozanı salır.
Hansı hallarda Metformin təsir etmir:
- Əgər mədəaltı funksiyasını erkən tükətməyibsə - bu zaman genetik analiz təyin edilir və başqa dərmanlar təyin edilir.
Birinci tip diabetin əlamətləri:
- Ağızda quruluq
- Daim susuzluq
- Tez-tez sidiyə getmə
- Yuxu pozulması
- Tez yorulma
- Çəki azalması
- Görmənin zəifləməsi
Aygün